Rodos

13754430_559712147531023_1320817377572683747_nHeç bir plan olmadan, tələm-tələsik baş tutan çox maraqlı bir səfərim haqda danışmaq istəyirəm. Türkiyədə hazırda gönüllü qaldığım yerdə oturum izni almadığım üçün Azərbaycanlılara uygulanan 1 aylıq vizasız yaşam zamanım doldu. Ölkəni tərk etməli idim, bu da sevə-sevə işlədiyim yerdən ayrılmalı olduğum anlamına gəlirdi. Burda olan dostların axtarışı nəticəsində çarəni 1 günlük Yunan adalarından birinə gedərək yenidən 1 aylıq qala bilmə izni yaradaraq, həm də yeni bir yer kəşf etməkdə tapdıq. Beləliklə problem həll olundu, mən də səbrsizliklə çantamı hazırlamağa başladım.

13781717_559712087531029_2800560840440932210_nGünübirlik turun qiyməti 42 avrodur. Səhər saat 9da yola düşürsüz və 1saat içində Rodosa çatırsız. Feribot nə çox kiçik bir qayıq tipli bir şey deyil, nə də İstanbulda boğazı keçərkən istifadə olunan o böyük gəmi deyil. Heç ölkələr arası kruizdə deyil 😉 Yəni xəyal qurmağa dəyməz bu mövzuda, çox sürətli hərəkət edir və bir də Rodos tərəfində daha çox yırğalanır. Ege dənizinin maviliyi göz oxşayır desəm yanılmaram. Günübirlik olduğu üçün biletim saat 5də də yenidən geri qayıdış zamanım idi. Bir-iki saat içində gəzə bildiyim yerlərdən bəhs edim. İlk zatən feribotdan endikdən sonra şəhərə doğru irəliləyib “Old town” adlı qədim hissəsini doyunca gəzdim.

13709808_559712170864354_3635989616945817773_nSonrasında isə özümə dəniz məhsullarından dadmaq üçün zaman ayırdım. Beləki burda balıq yemədən, dəniz yeməklərinin dadına baxmadan və məhşur ouzo içkisini sınamasan olmaz. Mən də bu olmazsa olmazı dənədim. Beləki çox ləziz olan menyudan ahtapot grili və qızardılmış kalamar qarışığı bir boşqab sifariş verdim. Əlbətdə məşhur tarixi yunan içkisi ilə birlikdə bu 12 avroya başa gəldi. Hesabı ödədikdən sonra isə onlar məni qarpıza qonaq etdilər, niyəsin soruşduqda isə onların adətlərinin belə olduğunu bildirdilər.

13718774_559712024197702_7663987496525856719_nArtıq geri dönmək üçün yalnız 2-3 saatım qalmışdı. şəhəri heç gəzmədən getmək isə könlümə yatmadığı üçün turistik avtobusla şəhər turuna qatıldım. Prinsipcə zamanınız varsa piyada gəzmək, azmaq, yerli əhali ilə söhbət etmək tərəfdarıyam. Amma zaman… Səhər aldığınızda 12.50 avro olan bilet, saat 12.00dan sonra 9 avro olur. İstədiyiniz yerdə minib-enmə imkanı və hər tarixi yerdə olan şeylər haqda seçdiyiniz dildə geniş bir məlumat verir. Rodos özündə antik Yunan mədəniyyətini, Pers işğallarını, Roma imperatorluğunun gücünü, Osmanlı islam tarixini birləşdirir. Eləcə də bir çox avropa ölkələri müstəmləkəsi olduğundan hər mədəniyyətin bir parçasını hələ də özündə qoruyub saxlayır.

13726573_559712064197698_1130767487039224700_nDünyanın 7 möcüzəsindən biri olan Kolossos heykəlinin vətəni Rodos haqda bu qədər yetərlidir, növbəti yazımda oranın digər populyarı olan Lindos kəndi haqda yazacam.

Rodosda çəkdiyim digər şəkillərə facebookda “Bilməzin macəraları” səhifəsində baxa bilərsiz.

P.S.: Bura getmək üçün şengen vizası lazımdır. Türk vətandaşlarından Kıbrısda olmuş olanlara və ya Kıbrıs vətandaşlarına sərhəddən buraxılış verilmir. Əgər sizin də pasportunuzda Kıbrıs cümhuriyyətinin möhürü varsa öncədən ora zəng vurub soruşun, sonra sərhəddə qalmayasız.

P.S.: Mənim kimi uzaq bir yerdən gedəcəksənizsə bir gün öncədən gedib Marmarisdə qalmaqda fayda var. Çünki böyük bir növbə olur sərhəddə və saat 9da yola düşdüyü üçün feribot gecikmə ehtimali var.

 

One thought on “Rodos

Leave a comment